"Sloveniya Azərbaycandan daha səviyyəli komandadır" - Kriuşenko

"Sloveniya Azərbaycandan daha səviyyəli komandadır" -  Kriuşenko
ÖLKƏ FUTBOLU 19 Mart 2018 / 17:50 5311
-  A +

Martın 23-də Bakıda Azərbaycan, 27-də isə Lyublyanada Sloveniya millisi ilə yoldaşlıq oyunları keçirəcək Belarus millisinin baş məşqçisi İqor Kriuşenko sınaq matçları öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın “by.tribuna.com” saytına istinadən yaydığı xəbərə görə, yerli jurnalistlərin suallarını cavablandıran mütəxəssis qarşıdakı yoxlama oyunlarındakı rəqiblərini müqayisə edib.

O, Sloveniyanın millimizdən ustalıq səviyyəsi baxımından daha yaxşı komanda olduğunu bildirib: “Azərbaycan Millətlər Liqasında qrupdan çıxmaq uğrunda qarşılaşacağımız komandalara bənzəyir. Kifayət qədər sürətli, texnikalı yığmadır. Topa nəzarət etməyə çalşırlar. Hətta heyətində milliləşdirilmiş braziliyalı (Riçard Almeydanı nəzərdə tutur – red.) çıxış edir. Sloveniya isə Azərbaycandan daha səviyyəli komandadır. Avropanın güclü yığmalarından biridir. Biz də hazırda bu səviyyəyə çatmağa çalışmalıyıq”.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək  Azərbaycan - Belarus oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi