"Kosovo Azərbaycan millisindən güclüdür"

"Kosovo Azərbaycan millisindən güclüdür"
ÖLKƏ FUTBOLU 18 Mart 2018 / 13:41 5477
-  A +

“Kosovo qrupun favoritidir. Onlar digər yığmalardan güclüdür”.

Qol.az-ın məlumatına görə, bu sözləri Lüksemburq mətbuatına açıqlamasında Malta millisinin baş məşqçisi Tom Saintfid deyib. Komandasının Millətlər Liqasındakı rəqiblərini dəyərləndirən mütəxəssis qrupda sonuncu olmaq istəmədiklərini bildirib:

“Azərbaycan millisində Çempionlar Liqası təcrübəsi olan “Qarabağ” klubunun bir çox futbolçusu çıxış edir. Çətin qrupdur, amma yaxşı nəticə göstərə bilərik. İki qələbə və 2 heç-heçəyə ümid edirik. Belədə qrupu 2-ci və ya 3-cü sırada başa vura bilərik. Axırıncı olmaq istəmirik. 50 ildə Malta cəmi 5 seçmə mərhələ oyununda qələbə qazanıb. Bunu unutmaq lazım deyil”.

Qeyd edək ki, millimiz Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Kosovo, Malta və Farer Adaları ilə mübarizə aparacaq. Qurban Qurbanovun komandası ilk oyununu sentyabrın 7-də Bakıda Kosovoya qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi