“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike Topaz Premyer Liqanın 20-ci turunun “Neftçi” ilə oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qarşılaşma ilə bağlı fikirlərini açıqlayan braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu PAOK klubunun son oyununda baş verən olaylara da münasibət bildirib.
- Bu gün sanki “Qarabağ”ın oyunu alınmırdı...
- Razıyam, baxımlı oyun olmadı. Azarkeşlərimizdən üzr istəyirəm. Hər zaman yaxşı oyun göstərmək alınmır. Özümdə də ağırlıq hiss edirdim. Qazanılan bir xalı da qənaətbəxş saymaq olar.
- Bəlkə “Qəbələ” ilə xal fərqinə görə artıq arxayınlıq yaranıb...
- Yox, bununla əlaqələndirməzdim. Çünki “Qəbələ”nin xal itirdiyi turlarda biz qələbələr qazanmışıq. İnanmıram ki, komanda yoldaşlarım da arxayınlaşsınlar. Ola bilməz. Sadəcə, bu gün oynamaq çətin idi. Hava şəraiti də bizə mane olurdu. Digər tərəfdən, “Neftçi” də bizə problem yaratdı.
- Müqavilə məxsus olduğun PAOK-u ağır cəza gözləyir. Bu komandanın hətta 3-cü liqaya göndərilməsi müzakirə olunur. Bu amil “Qarabağ”da qalmaq ehtimalını gücləndirə bilərmi?
- PAOK-un əksər oyunlarını izləyirəm. Orada çoxlu dostum çıxış edir. Kluba qarşı da xüsusi simpatiyam var. Prezident haqda da onu deyə bilərəm ki, çox gözəl insandır. “Renn”dən PAOK-a transfer olunmağım üçün xeyli əziyyət çəkdi. Təbii ki, etdiyi hərəkət doğru deyil. Özü də çıxıb üzr istədi. Ətrafında hər zaman cangüdənləri olur. Düşünmürəm ki, silahla meydana çıxmaqla kiməsə hədə-qorxu gəlmək istəyib. Yunanıstanda paytaxt Afinanın futbola təsiri çox böyükdür. Son vaxtlar PAOK-un uğur qazanması paytaxt klublarında qıcıq yaradır. Ona görə bu hadisələr baş verir. PAOK haqda ancaq xoş sözlər deyə bilərəm. Ona görə də baş verənlər mənim bu komandaya dönüşümə təsir etməyəcək.
- PAOK-un prezidenti İvan Savvidisin üzərində həmişə silah olur?
- Mən heç vaxt onun silahla gəzdiyini görməmişəm. Heç özü də göstərməyib. Heç kəsə hədə-qorxu gəlmək fikri yox idi. Sizcə, ətrafında daim cangüdən olan birinin silaha ehtiyacı olarmı?
- Az öncə qeyd etdin ki, heç bir hadisə PAOK-a dönüşünə təsir edə bilməz. Klub 3-cü diviziona göndərilsə də, orada oynamağa razısan?
- Düşünmürəm ki, FİFA kluba bu qədər sərt cəza verər. PAOK azarkeşləri buna layiq deyil. Prezident şəhər üçün, komanda üçün böyük işlər görüb. Belə ağır cəza veriləcəyinə inanmıram.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!