“Neftçi”ni çətin vəziyyətə salmağa çalışacağıq” - Dani Kintana

“Neftçi”ni çətin vəziyyətə salmağa çalışacağıq” -  Dani Kintana
ÖLKƏ FUTBOLU 11 Mart 2018 / 00:00 3695
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın 19-cu turunun “Zirə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan ispan futbolçu əvvəlcə qalibiyyəti şərh edib:


- Oyun bizim üçün yaxşı başladı. Erkən qol vurmağımız lehimizə işlədi. Bir neçə dəqiqədən sonra ikinci topu rəqib qapısından keçirdik. Yavaş-yavaş oyuna nəzarəti əlimizə aldıq. Layiqli qələbə qazandıq. 

- Oyunun gedişində tez-tez mövqeyinizi dəyişirdiniz...

- Baş məşqçi mənə meydançada sərbəst oynamaq imkanı verir. Bəzən vəziyyətə görə mövqeyimi dəyişdim. Düşünürəm ki, bu gün çıxışım uğurlu alındı, qol da vurdum.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsiniz?

- Bilirik ki, “Neftçi” hazırda yaxşı formadadır. Ardıcıl qələbələr qazanmağa başlayıblar. Amma biz meydana 3 xal üçün çıxacağıq. Məqsədimiz dəyişmir. Onları çətin vəziyyətə salmağa çalışacağıq.

- “Qəbələ” çempionluq yarışından tez qopdu. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Açığı, “Qəbələ”nin ardıcıl 2 oyunda xallar itirməsi gözlənilməz oldu. Amma heç kəsi hesabdan silmirik. Riyazı cəhətdən şansları hələ var. Biz mübarizəmizi davam etdirik. Addım-addım gedirik. Qarşıda 9 tur var. Yenə eynisini etməyə çalışacağıq.

- Sizcə, ön xəttdə Mahir Mədədotovun oynaması yaxşıdır, yoxsa Ramil Şeydayevin?

- Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarları baş məşqçi verir. Komandamızdakı bütün hücumçular bizim üçün önəmlidir. Məşqçi bu gün Ramili start heyətdə meydana buraxdı. Belə qərarlar baş məşqçiyə məxsusdur.

Daha çox


Son xəbərlər