Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovla münasibətlərinə dair yeni açıqlama verib.
O, Qol.az-a müsahibəsində bununla bağlı deyib: "Tərlanın mənə qarşı bir səhvi olmayıb. Onun özünə qarşı səhvi olub. Etdiyi səhv ona yaraşmır. Buna görə ondan incimişəm. Etdiyi səhv həm şəxsi, həm futbol fəaliyyəti ilə bağlıdır. İnsan işdə səhvə yol verə bilər. Ancaq həyatda gərək özünə qarşı səhv etməyəsən. Bunu onun böyük qardaşı kimi deməyə haqqım var".
R.Musayev bildirib ki, yaxın vaxtlarda T.Əhmədovla görüşəcək: "Onu öz üsullarımla cəzalandıracağam. Amma ona zəng etməməyim, bir çox zənginə cavab verməməyim də Tərlan üçün bir cəzadır. Ona ismarıcımı çatdırmışam. Tərlana böyük dərs oldu. O, gözəl məşqçidir. Onu pis insan kimi də tanımıram. Çünki mən Tərlanla dostluq etməmişəm. Nə vaxtsa birgə çörək yediyim yadıma gəlmir. Onunla ancaq çay içmişik. Amma "Neftçi" və AZAL-da çalışanda gördüm ki, bacarığı var. Mən də ona dəstək olmağı özümə borc bildim. Tərlanın "Neftçi"yə baş məşqçi vəzifəsinə gətirilməsinə peşman deyiləm. O, "Neftçi"də pis nailiyyətlər göstərmir".
Qeyd edək ki, Ramin Musayev Qol.az saytına Tərlan Əhmədovla bağlı da fikirlər səsləndirdiyi geniş müsahibə verib. Müsahibə ilə gələn həftənin əvvəlləri tanış ola bilərsiniz.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər