Vaqif Cavadov “Tvente”də növbəti rəsmi oyununa çıxdı (FOTOLAR)

Vaqif Cavadov “Tvente”də növbəti rəsmi oyununa çıxdı (FOTOLAR)
ÖLKƏ FUTBOLU 27 Aprel 2010 / 10:43 3198
-  A +

Yığmamızın hücumçusu Vaqif Cavadov Hollandiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Tvente”nin əsas heyətinə düşə bilmədiyi üçün əvəzedici komandaya göndərilən 21 yaşlı hücumçu ikinci dəfə gənclərlə bir arada yer alıb. Əvəzedicilərin heyətində möhkəmlənməkdə olan Vaqif Hollandiya çempionatının 25-ci turunda da iş başında olub. “Vitess”lə ev oyununda start heyətdə yer alan Cavadov bu dəfə 78 dəqiqə mübarizə aparmaq şansı qazanıb. Qonaqlar elə onun meydanda olduğu müddətdə matçın taleyini həll ediblər – 0:2. Xatırladaq ki, Vaqifin iştirak etdiyi ilk rəsmi oyununda da komandası meydandan məğlubiyyətlə ayrılmışdı. Bütövlükdə isə, həmyerlimiz Enshede təmsilçisinə transfer olunandan sonra yalnız əvəzedici komandada oynayıb. O, iki dəfə çempionat, 1 dəfə yoxlama matçında şans qazanıb.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər