"Qarabağ"ın qurbanlarının qarşılaşması" - "Marca"dan maraqlı başlıq

"Qarabağ"ın qurbanlarının qarşılaşması" - "Marca"dan maraqlı başlıq
ÖLKƏ FUTBOLU 14 Fevral 2018 / 10:30 6533
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində sabah "Atletiko" "Kopenhagen"in qonağı olacaq.

Qol.az-ın məlumatına görə, bu matç öncəsi İspaniyanın "Marca" qəzeti yazı dərc edib. "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlıqlı yazıda Ağdam klubunun "Atletiko"nu Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.


Daha çox


Son xəbərlər