"Neftçi"nin düşərgəsində yeni futbolçular

"Neftçi"nin düşərgəsində yeni futbolçular
XƏBƏR 22 Yanvar 2018 / 19:12 4852
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" baxışa 2 yeni legioner dəvət edib.

Qol.az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçi İqor Sikorski və mərakeşli müdafiəçi Roxdi Axente "ağ-qaralar”ın düşərgəsində baxışdadır. Hər iki futbolçunun adı bu gün "Ska-Xabarovsk"la keçirilən yoxlama oyununun (0:7) iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Sikorski karyerası ərzində “Zarya”, “Stal”, “Dauqava” (Latviya), “Qelios” və “Veres” klublarında çıxış edib. Onun son klubu Ukrayna ikinci liqa təmsilçisi “Nikolayev” olub. PSV-nin yetirməsi olan Axente isə “Eyndhoven”, “Zvolle”, “Vitess”, “Villem II” klublarında oynayıb. Müdafiəçinin son klubu Hollandiya ikinci liqa təmsilçisi “Qou Ehed İqlz” olub. 2014-cü ildən Mərakeş millisinin üzvü olan Roxdi yığmada 2 oyun keçirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi