"Ləyaqətsiz adamdır" - atası Rayan Giqqz haqda

"Ləyaqətsiz adamdır" -  atası Rayan Giqqz haqda
XƏBƏR 17 Yanvar 2018 / 15:25 5475
-  A +

Uels yığmasının yeni baş məşqçisi Rayan Giqqzin atası Denni Uilson oğlu haqda şok açıqlamalar verib.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, Giqqzin milliyə təyinatına münasibət bildirən Uilson onun bu vəzifəyə layiq olmadığını deyib:

“Mən hətta onun adını belə çəkmək istəmirəm. O, böyük qardaş kimi kiçik qardaşını qorumağa borclu idi. Ancaq əvəzində qardaşının kürəyinə bıçaq vurdu. Onu ən əxlaqsız şəkildə aldatdı. Üzr istəməyə də cəsarəti çatmadı. Həmin hadisədən sonra ailəmizdən heç kim onu görmək istəmir. Əslində, onun qazandığı uğurlara görə dünyanın ən xoşbəxt atası olmalı idim. Ancaq onun uğurlarına görə sevinmirəm. Onu ekranda görəndə televizoru söndürürəm. Bütün ailə üzvlərimiz belə edir.

Uels yığmasını çalışdırmaq Rayanın işi deyil. O, iylənir. Yığmanın məşqçisinə isə bütün ictimaiyyət hörmət etməlidir”.

Qeyd edək ki, Rayan Giqqz kiçik qardaşı Rodrinin həyat yoldaşı ilə eşq macərası yaşayıb. 2011-ci ildə bundan xəbər tutan Rodri həyat yoldaşından ayrılıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi