Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə

Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə
ÖLKƏ FUTBOLU 15 Yanvar 2018 / 22:00 3987
-  A +

Millimizin futbolçusu Dəniz Yılmazın "Gənclərbirliyi"nə keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  29 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, D.Yılmaz mövsümün ilk yarısını "Bursaspor"da keçirib. Bursa təmsilçisi onunla yolları ayırdığını bu gün rəsmən açıqlayıb. D.Yılmazın sabah Türkiyə kubokunda məhz "Bursaspor"a qarşı matçda debüt edəcəyi gözlənilir.

Əlavə edək ki, "Gənclərbirliyi" Türkiyə superliqasının turnir cədvəlində 14 xalla 17-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi