Rəşad Sadıqov Totti ilə görüşdü - Şəkillər

Rəşad Sadıqov Totti ilə görüşdü - Şəkillər
XƏBƏR 15 Dekabr 2017 / 14:30 4661
-  A +

U-20 və U-21 millimizin, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının  baş məşqçisi Rəşad Sadıqov "PRO" məşqçilik kurslarının tələblərinə əsasən təcrübə keçmək üçün "Roma" klubunun bazasına gedib. 

Qol.az-ın məlumatına görə, Ağdam klubunun kapitanı “Roma”nın məşqlərini izləyib. O, eyni zamanda, "Roma"nın baş məşqçisi Di Françesko, klubun idman direktoru Ramon Monçi, Françesko Totti və bir neçə futbolçu ilə də görüşüb.

Qeyd edək ki, R.Sadıqov sabah "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər