“Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşı oyunçusu idi” – Milan Duriç

“Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşı oyunçusu idi” – Milan Duriç
ÖLKƏ FUTBOLU 15 Dekabr 2017 / 11:31 3610
-  A +

“Heyətimizdə itkilər var idi. Bəzi futbolçular məcburiyyətdən fərqli mövqelərdə çıxış etməli oldular. Buna görə də birinci hissədə daha çox müdafiədə qalıb, ilk oyundakı hesabı qorumağa çalışdıq”.

Bu sözləri Qol.az saytına açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Milan Duriç deyib. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Neftçi”yə 0:2 hesablı məğlubiyyəti şərh edən futbolçu görüşün baş hakimi Fariz Yusifovu birtərəfli idarəçilikdə günahlandırıb: “Hakimlik haqda danışmaq istəmirəm. Amma Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşı futbolçusu idi. İlk hissədə bizim lehimizə olan qayda pozuntularına göz yumdu. İkinci yarıda isə oyunu “öldürdü”. Hücum etməyə imkan vermirdi. Xırda follarla sürəti azaldırdı. 90 dəqiqə ərzində istədiyini etdi. Sonda da məqsədinə nail oldu”.

Duriç oyunun sonlarında “Neftçi”nin yarımmüdafiəçisi Derlis Meza Kolli aralarında yaranan mübahisəyə də aydınlıq gətirib: “Oyun epizodu idi. Məni arxadan çəkdi. Mən də üstünə getdim. Aramızda kiçik mübahisə oldu”.

Daha çox


Son xəbərlər