“Top məndən çıxmışdı” - Ruslandan etiraf

“Top məndən çıxmışdı” -  Ruslandan etiraf
ÖLKƏ FUTBOLU 20 Noyabr 2017 / 00:23 3778
-  A +

Topaz Premyer Liqanın XII turunda “Neftçi” ilə görüşdə “Qəbələ”nin bərabərlik qolunu vurduğu künc zərbəsi zamanı topun “ağ-qaralar"ın müdafiəçisindən deyil, Ruslan Qurbanovdan kənara çıxması müzakirələrə səbəb olub.

Qol.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi “Facebook”da yazdığı statusla topun rəqibdən deyil, ondan çıxdığını etiraf edib:

“Biz qol vurduğumuz künc zərbəsi barədə fikrimi demək istəyirəm. Futbolçuyam və mənim öhdəliyim komandama fayda verməkdir. Bəli, top məndən çıxmışdı. Lakin bu, mənim səhvim deyil. İstəmərəm ki, hakimə də ziyan gəlsin. Çünki o səhvə yol vermişdi...

O ki qaldı penaltiyə, mən topa yaxınlaşdım və zərbə endirdim. Bu mövsüm hələ fərqlənməmişdim. Məqsədim hər oyunda qol vurmaqdır, çünki hücum xəttində çıxış edir. Mən “Neftçi”yə hörmət edirəm, çünki orada bir neçə il keçirmişəm. Mən “Forza Neftçi”nin üzvlərinə də, azarkeşlərə də hörmətlə yanaşıram. Rəhbərliyə də hörmətim var. İstəmərəm ki, kimsə haqqımda pis danışsan. Məncə, hər kəs başa düşəcək ki, bu, futboldur. Məqsədim hər oyunda qələbə qazanmaqdır”.
 

Daha çox


Son xəbərlər