“Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo

“Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” –  Ronaldinyo
XƏBƏR 17 Noyabr 2017 / 01:17 4332
-  A +

“Barselona”nın sabiq üzvü Ronaldinyo Lionel Messinin Kataloniya klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Ronaldinyo istənilən qərarda Messini dəstəkləyəcəyini bildirib:

“Messi mənim yaxın dostumdur. Ona görə də dəqiq söz deməkdə çətinlik çəkirəm. Əsl dost kimi Leonu ancaq xoşbəxt görmək istəyirəm.

Əgər Messi qəlbinin səsinə qulaq asaraq “Barselona”dan getmək istəsə, onu dəstəkləyərəm. Baxmayaraq ki, mən özüm bu klubun səfiriyəm.

Amma Leo “Nou Kamp”da qalacağı təqdirdə də sevinərəm. Harada oynamasından asılı olmayaraq, Messi daim meydanda aparıcı futbolçulardan olacaq”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi