"Gərgin oyun oldu. "Sumqayıt”ın evdə istəkli olduğunu bilirdik. Matçın başlanğıcı istədiyimiz kimi alındı, erkən qol vurduq. Lakin daha sonra səhvlərə yol verdik”.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə”in baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis bildirib ki, komandası ikinci qolu vura bilsəydi, hər şey başqa cür olardı: "Zəif oyunlarımızdan oldu. Müdafiədə səhvlər etdik. Heyətə müəyyən problemlər var. İndi ən çətin anlardır. Çalışacağıq ki, toparlanaq".
Daha sonra A.Abbasov jurnalistlərin suallarını cavablandırıb.
- Qapıçınız Kamal Bayramovun əla qurtarışları olmasaydı, "Sumqayıt”daha böyük hesabla qələbə qazana bilərdi. Onu bundan sonra da əsas heyətdə oynadacaqsınız?
- Yenə də deyirəm, biz ikinci qolu vura bilsəydik, başqa cür olardı. Kamala gəlincə, ona ötən mövsümdə də şans verirdik. Hazırda Anar Nəzirovun ayaqlarında ağrılar var. Ona istirahət vermişdik. Rəqiblərdən asılı olaraq hər ikisin oynadacağıq.
- Qabriel Matey əvəzlənən zaman bua etiraz etdi. Həmin an ona nə dediniz?
- Qabriel narazılıq edə bilər, futbolda belə şeylər olur. Lakin bunu aşkar etməməlidir. Ona bunu söylədim. Heç kimə fərq qoymuruq. O, cəzasını alacaq.
- Bu gün "Zirə” ən bərbad oyunlarından birini keçirdi. Səbəb nədir?
- Ümumən bərbad oynamadıq. Bundanda pis oyunlarımız olub. Bəzi futbolçularımız həddindən artıq zəif çıxış etdilər. Açığı, mətbuat konfransında futbolçuları günahlandıraq mənim tərzim deyil. Komanda şəkində uduzduq. İddialı klubda olduqları üçün üzərlərində təzyiq var. Buna öyrəşməyiblər. Bu oyunu unudub, "Qəbələ” ilə görüşü düşünməliyik.
- Riçard Qadze və Təmkin Xəlilzadənin "Qarabağ”ın maraq dairəsində olduqları söylənilir. Təklif gəlsə, buraxacaqsınız?
- Futbolçularımıza iddialı klublardan təklif gələrsə, bu bizi sevindirər. Yayda Təmkindən danışan yox idi, indi milliyə dəvət alır. Ötən illə müqayisədə Qadzedə də fərq var. Bu, rəhbərliyin işidir. Təklif gələrsə, baxarlar. Hər futbolçu "Qarabağ”da oynaya bilməz.
- Təmkin Xəlilzadə oynaya bilər?
- Niyə də oynamasın? Azərbaycanın ən perspektivli futbolçulardan biridir. Amma "Qarabağ”ın işinə qarışa bilmərəm. Təmkin üzərində çox işləməlidir.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı