“Qarabağ”la matç ölüm-dirim oyunu olacaq” – Saul

“Qarabağ”la matç ölüm-dirim oyunu olacaq” – Saul
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2017 / 17:35 3683
-  A +

“Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes bu gün Bakıda jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının üçüncü turunun oyunu ərəfəsində təşkil edilən mətbuat konfransına ispan futbolçu baş məşqçiləri Dieqo Simeone ilə birgə qatılıb.

- Çempionlar Liqasında final və yarımfinal oynamısan. Sabahkı matç da final oyunu kimidir. Uduzsanız, ÇL sizin üçün erkən bitə bilər. Bu mənada, “Qarabağ”la qarşılaşma sənə əlavə motivasiya verir?

- Mənim üçün “Atletiko” forması geyinmək özü bir motivasiyadır. Ölüm-dirim oyunu olacaq. Hər oyunda komandama xeyir verməyə çalışıram. Birinci növbədə komandanı, sonra isə azarkeşləri düşünürəm.

- Sabahkı oyun və Bakı haqda təəssüratlarınız necədir?

- Şəhəri hələ gəzməyə vaxtımız olmayıb. Bir neçə il əvvəl burda olmuşuq. Bakını gözəl şəhər kimi tanıyıram. Bizim üçün həlledici oyun olacaq. Burdan 3 xalla ayrılmağa çalışacağıq.

- “Qarabağ” kimi komandalar “Atletiko”ya başağrısı olublar. Belə matça köklənmək çətin deyil?

- Bizdə bu cür təcrübə var. Rahatlaşmaq olmaz. Çünki rəqib azarkeşləri önündə oynayacaq. Çalışacağıq ki, qələbə qazanaq.

- Hücumameylli oynamaq sizə rahatdır?

- Açığı, oyuna çıxanda bunu düşünmürəm. Mənim əsas fikrim komandamın uğur qazanmasıdır.

- ÇL-də ilk 2 oyununuz uğurlu alınmadı. Üzərinizdə təzyiq var. Bu, sizə mənfi təsir göstərə bilərmi?

- Özümüz özümüzü bu çətinliyə salmışıq. Bunu aradan qaldırmaq da öz əlimizdədir. İlk dəqiqələrdən qol vurub, vəziyyəti düzəltməyə çalışacağıq.

- Dieqo Simeonenin sənin bu səviyyəyə çatmağında nə kimi rolu olub?

- Təşəkkürümü bilidirirəm. Onun etimadını qazanmaq çox çətin oldu. Amma alındı. Simeonenin üzərimdə əməyi çox böyükdür.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi