Ticani məşqləri bərpa etdi

Ticani məşqləri bərpa etdi
PREMYER LİQA 1 Mart 2010 / 11:21 3767
-  A +

Azərbaycan çempionu "Bakı" baş məşqçi Bülənt Qorxmazın rəhbərliyi altında hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın Sumqayıtın Mehdi Hüseynzadə adına mərkəzi stadionunda baş tutan məşqində icazəli olan Əziz Quliyev və zədəsi tam sağalmayan Adnan Bərəkət xaricində bütün futbolçular qatılıblar.
Təxminən, 40 günlük aradan sonra Əhməd Ticani də məşqlərə qatılıb. Nigeriyalı hücumçu hələ ki, komandadan ayrı çalışır.
Ticani «Bakı»nın Antalyada Türkiyənin "Karşıyaka" klubuna qarşı keçirdiyi yoxlama oyununda (1:1) zədələnib və "Birlik Kuboku"nda iştirak edə bilməmişdi. Ötən həftədən etibarən məşqlərə qatılan Əhməd Ticani yüngül hərəkətlərlə kifayətlənir. 
 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi