"Şotlandiya "Seltik"inə keçəcəyim barədə özümə heç nə deyilməyib. Ona görə də məsələyə münasibət bildirməyim düzgün deyil".
Bunu "Qəbələ"nin futbolçusu Bəhlul Mustafazadə deyib.
22 yaşlı müdafiəçi bildirib ki, Qlazqo variantı ilə əlaqədar onunla danışıq aparılmayıb: "Rəsmi müqavilədə olduğum agentim yoxdur. Amma bəzi agentlərin legioner həyatı yaşamağım üçün çalışdıqlarını eşitmişdim. Mən yalnız bunu deyə bilərəm. "Seltik" məsələsi barədə isə mənimlə hər hansı danışıqlar olmayıb".
Bununla belə, Mustafazadə xaricdə çıxış etmək istəyini gizlətməyib: "Əlbəttə, Avropa klublarında çıxış etmək istərdim və bunun üçün çalışıram. Amma xaricə yollanmaq üçün daha hazırlıqlı olmaq, həmin klub səviyyəsinə çatmaq lazımdır. O səviyyəyə çatsam və özümü göstərməyi bacarsam, əlbəttə, xaricə yollanmaq istərdim. Belə bir variant olsa, dəyərləndirərəm".
Hazırda "Qəbələ"nin Avropa Liqasına vəsiqə qazanması üçün çalışdıqlarını deyən gənc futbolçu klubundan yeni müqavilə təklifi almadığını da vurğulayıb.
Qeyd edək ki, Bəhlul Mustafazadənin Almaniya "Herta"sına keçən Dedrik Boyatanın əvəzinə transferinin gündəmdə olduğu bildirilir (Report).
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi