"Sanki çoxdandır "Qəbələ"dəyəm" - Davit Volkovi

"Sanki çoxdandır "Qəbələ"dəyəm" -  Davit Volkovi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2019 / 00:10 2073
-  A +

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin yeni transferi Davit Volkovi təlim-məşq toplanışını dəyərləndirib.

Qol.az xəbər verir ki, gürcüstanlı hücumçu klubun saytına açıqlamasında komandadakı əhval-ruhiyyə və hazırlıq prosesindən məmnunluğunu bildirib:

“Qəbələ”yə qoşulduğum ilk gündən uyğunlaşma ilə bağlı hər hansı çətinlik olmadı. Çünki burada əla kollektiv var. “Qəbələ” çox yaxşı klubdur. Burada yaxşı insanlar, yaxşı futbolçularla tanış oldum. Bütün bunlar da uyğunlaşma prosesinin tez və asanlıqla keçməsinə təkan verdi. Özümü burada əla hiss edirəm. Sanki çoxdandır bu komandadayam. Təlim-məşq toplanışı da çox yüksək səviyyədə keçir. Hazırlıq prosesləri xoşuma gəlir”.

Volkovi meydana çıxdığı Rusiya “Yenisey”i ilə yoxlama oyunu (2:2) və komandanın durumu barədə də danışıb: “Yenisey”lə yoxlama görüşündə start heyətində yer aldım. Düşünürəm ki, normal oyun nümayiş etdirdim. Düzdür, qalib gələ bilmədik. Amma bütün komanda bu qarşılaşmada yaxşı oynadı. Özümü həm fiziki, həm psixoloji cəhətdən yaxşı hiss edirəm. Baş məşqçi şans versə, mövsümün ikinci yarısının görüşlərində də bütün bacarığımı ortaya qoyacağam. Mövsümün ikinci yarısının startına qədər komanda da tam hazır olacaq. "Qəbələ" mükafatçılar sırasına düşmək gücündədir. Komandamızda yaxşı futbolçular və məşqçilər korpusu var. Onlarla bir yerdə oynamaq, belə mütəxəssislərlə çalışmaq xoşdur”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi