Messi "El-Klassiko"nu buraxacaq - qolu qırılıb

Messi "El-Klassiko"nu buraxacaq - qolu qırılıb
DÜNYA FUTBOLU 21 Oktyabr 2018 / 12:45 5386
-  A +

İspaniya La Liqasının 9-cu turunun "Sevilya" ilə oyununun (4:2) ilk hissəsində zədələnən "Barselona"nın hücumçusu Lionel Messinin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi "Twitter" hesabına istinadən yaydığı xəbərə görə, matçın 26-cı dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra yerə yıxılan argentinalı futbolçunun sağ qolunda sınıq aşkarlanıb.

Həkimlər bu səbəbdən 31 yaşlı oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Bu isə o deməkdir ki, Messi Çempionlar Liqasında "İnter"lə ev (24 oktyabr) və səfər (6 noyabr), eyni zamanda La Liqada "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə oyunları buraxacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi