Vaqif Cavadov ayın sonuna kimi sıradan çıxdı

XƏBƏR 10 Fevral 2010 / 12:20 1880
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun “Tvente”nin məşqlərindən birində zədələndiyi barəsində xəbər vermişdik. Qol.Az-ın məlumatına görə, hazırda Cavadovun pəncəsində və dizində ağrılar var. Hollandiya klubunun həkimlərinin nəzarətində olan forvardın fevralın sonunda sıraya dönəcəyi gözlənilir. Bu barədə isə “Çempion-Azərbaycan” qəzetinə futbolçunun atası Füzuli Məmmədov məlumat verib: “Tvente”nin “Ayaks”la oyununa baxdım. Oğlumun komandasının ilk dəqiqələrdə hesabı açmaq üçün bir neçə imkanı oldu. Lakin “Ayaks” vəziyyətləri daha yaxşı dəyərləndirərək, böyükhesablı qələbə qazandı. Əlbəttə ki, Vaqifin oynamasını istəyirdim. Lakin bu məsələdə komandanın baş məşqçisi Stiv Maklarenin mövqeyi əsasdır. Həm də Vaqif zədələnib. Dizində ağrılar hiss edir. Onun oynamamasının başlıca səbəbi də zədəli olmasıdır. Zədəsi bu ayın sonuna qədər sağalmalıdır. İnanıram ki, Vaqif tez bir zamanda heyətə düşəcək. Mən oğlumun istedadına bələdəm. Əlinə düşən fürsəti dəyərləndirəcək”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi