“Almaniya ilə oyunun favoriti olmaq mümkün deyil” – Prosineçki

“Almaniya ilə oyunun favoriti olmaq mümkün deyil” –  Prosineçki
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2016 / 16:35 5331
-  A +

"Biz çox çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. İndi onlar bilirlər ki, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdədirlər".

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki FİFA-nın saytına açıqlamasında deyib.

DÇ-1998-də Xorvatiya millisinin heyətində Almaniyaya 3:0 hesabı ilə qalib gəldikləri oyunu xatırlayan baş məşqçi Azərbaycan millisi ilə bu cür sürpriz etməyin çətin olduğunu bildirib:

“Söhbət Almaniya millisindən gedir. Bu komandada heç bir çatışmazlıq yoxdur. Almaniya millisi həmişə güclüdür. Bu komanda ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun "Real" və "Barselona" ilə oyunda favorit göstərilməyinə bənzəyir".

Qeyd edək ki, millimizin Almaniya ilə ilk oyunu gələn il martın 27-də Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi