100-cü heç-heçə

100-cü heç-heçə
XƏBƏR 26 Oktyabr 2016 / 00:32 2347
-  A +

Topaz Premyer Liqasının IX turunun “Zirə” ilə ev oyunu AZAL üçün iki fərqli yubileylə əlamətdar olub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri müsbət, digəri mənfi xarakter daşıyıb.

Matçda hesabı açan Sezar Meza Kolli AZAL-ın qapısına vurulan 350-ci qolun müəllifi olub. Premyer Liqada ilk oyununu 2005-ci ildə keçirən paytaxt təmsilçisi 350 qolu 343 matçda buraxıb. “Təyyarəçilər” orta hesabla hər qarşılaşmada qapısında 1,02 top görüb. Bu 350 qola 22 komanda imza atıb. AZAL-ı daha çox “Neftçi” (50), “Qarabağ” (47) və “Xəzər Lənkəran” (39) məyus edib.

Bərabərlik qolunu vurub, görüşü 1:1 hesablı heç-heçə ilə başa vuran AZAL 100-cü “sülh”ünü rəsmiləşdirib. Bakılılar keçirdiyi 343 matçda 126 qələbə qazanıb, 117 məğlubiyyət alıb, buraxdığı 350 qola 370-i ilə cavab verib. 100 heç-heçədən 45-i ev, 55-i səfərdə qeydə alınıb. AZAL 100 heç-heçəni 21 rəqiblə matçda gerçəkləşdirib. Ən çox  “İnter” (13) və “Simurq”la (10) matçda belə nəticə qeydə alınıb. Azərbaycan çempionatlarında ən çox heç-heçə edən komandalar arasında 8-ci olan AZAL “Qarabağ” (164), “Neftçi” (157), “Bakı” (123), “İnter” (121), “Turan” (112), “Kəpəz” (108) və “Xəzər Lənkəran”dan (103) geri qalır.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi