“Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi”

“Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi”
XƏBƏR 25 Oktyabr 2016 / 19:13 2428
-  A +

“Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”.

Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IX turunda “Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra deyib.

Abasov məqsədlərinin “Qəbələ”ni xalsız yola salmaq olduğunu bildirib:

“Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi