“Qurban Qurbanov həm sərt, həm də ədalətlidir” – Maksim Medvedyev

“Qurban Qurbanov həm sərt, həm də ədalətlidir” –  Maksim Medvedyev
ÖLKƏ FUTBOLU 25 Oktyabr 2016 / 14:53 4223
-  A +

“Çempionatımız inkişaf edir. Tədricən buraya daha yüksək səviyyəli legionerlər gəlir. Avrokuboklardakı nəticələrimiz də bu inkişafın göstəricisidir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedyev Rusiya mətbuatına müsahibəsində deyib.

Millimizin üzvü “Qarabağ”ın Rusiya çempionatında da yüksək yerlər uğrunda mübarizə apara biləcəyini qeyd edib:

“Məncə, komandamız ilk “altılıq”da yer ala bilər. Bunu avrokuboklardakı çıxışıza əsasən deyirəm.  “Qarabağ” Rusiyada istənilən rəqiblə oynaya bilər. Komandamızın Rusiya çempionatında neçənci yeri tuta biləcəyi mənə də maraqlı olardı”.

“Qarabağ” Azərbaycanda çox populyardır. Avropada yaxşı nəticələr qazanırıq. Buna görə də avrokubok oyunlarında daima dolu tribunalar qarşısında oynayırıq. Azərbaycanda bizi sevirlər, hörmət edirlər.  Özümüz də bunu hiss edirik.

Təcrübəli müdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da danışıb: “19 yaşımdan Qurban Qurbanovun rəhbərliyi altında oyanayıram. Onun sayəsində çox şey öyrənmişəm. Məsləhətləri həmişə faydalı olub. Bu səviyyəyə çatmağımda onun böyük rolu var. Qurbanovla bundan sonra da çalışmağı düşünürəm”.

M. Medvedyev “Qurban Qurbanovu  sərt məşqçi saymaq olarmı” sualını belə cavablandırıb:
“Bəli, sərtdir. Həm də ədalətli məşqçidir. Komandada intizamı sevir. Məşqlərdə zarafatı qəbul etmir. O, istəyir ki, futbolçu öz işinə peşəkar və ciddi yanaşsın.  Cəzalandırdığı vaxtlar da olur, amma lazım gələndə dəstəkləyir də”.

Daha çox


Son xəbərlər