Qurban Qurbanov dünya reytinqində 155 pillə irəlilədi

Qurban Qurbanov dünya reytinqində 155 pillə irəlilədi
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2016 / 16:07 9497
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın "World Coach Ranking" saytına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 155 pillə irəliləyib. Hesabında 1026 xal olan Qurbanov cədvəldə 579-cudur.

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 4 pillə geriləyərək 969 xalla 600-cü  yerdə qərarlaşıb.
 
Məşqçilərin reytinqinə ötən həftə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən oyunlar təsir edib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir.Dieqo Simeone (“Atletiko”)  ikinci,  Pep Qvardiola (“Mançester Siti”) isə üçüncüdür.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi