"Yaxşı oyun izlədik. Azarkeşlər yüksək sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir qarşılaşmaya şahid oldular. Komanda rəqibə təzyiq edirdi. Ancaq "İnter" etibarlı müdafiəsi ilə seçilən bir komandadır". Bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib.
Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında "İnter"lə ev matçında qolsuz bərabərliyə qalan gəncəlilərin çalışdırıcısı yetirmələrinin oyunundan razı qalıb: "Komandamız mövsümdə ən yaxşı oyunlarından birini nümayiş etdirdi. Qələbəyə daha yaxın idik, ancaq "İnter"in də əziyyətini yerə vurmaq istəmirəm. Yüksək səviyyəli futbolçulardan təşkil olunmuş bir komandadır. Onun müdafiəsini yarmaq çətindir. Bugünkü matçda heyətlə bağlı problemlərimiz çox idi. Buna baxmayaraq, meydana çıxan hər bir futbolçumuz var gücüylə oynamağa çalışdı. Meydançada vuruşdular. Futbolçularına təşəkkür edirəm".
"İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini qələbəyə daha layiq olduqlarını bildiirb. Bəs görəsən, onun azərbaycanlı həmkarı bu haqda nə düşünür?: "Mən rəqibin baş məşqçisinin fikirlərini təhlil etmək istəmirəm. Bu, onun fikridir. Televiziyadan canlı yayımlanan qarşılaşma da onu göstərdi ki, bu gün "Kəpəz" "İnter"dən üstün oynadı. Mənə elə gəlir ki, hər iki komanda 1 xala layiq idi. Heç bir komanda xal itirmədi, əksinə, qazandı".
"Kəpəz" artıq 6 ildir rəqibinə qalib gələ bilmir. Təcrübəli mütəxəssis buna belə münasibət bildirib: "Hər şey yavaş-yavaş olacaq. Ötən mövsüm "İnter"ə qol vura bilmirdik. Bu il artıq ilk qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapdıq. Komandamızın qələbələri hələ qabaqdadır. Bu oyun bir daha onu göstərdi ki, "Kəpəz" öz oyun dəst-xəttinə görə heç bir liderdən geri qalmır" (sportnet.az).
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun