Zaur Svanadze: "Qələbəyə layiq idik"

Zaur Svanadze: "Qələbəyə layiq idik"
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2016 / 17:30 2704
-  A +

"Oyunun ilk hissəsində yaxşı oynamadıq. Ancaq ikinci 45 dəqiqəni çox yaxşı keçirdik. Bir neçə qol imkanı yaratdıq. Ancaq təəssüf ki, bunları reallaşdıra bilmədik".
 
Bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz"lə səfərdə qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, oyunda qələbəyə daha layiq olublar: "Yaratdığımız qol imkanlarından heç olmasa, birini reallaşdırsaydıq, buradan 3 xalla qayıdardıq. Gəncədəki hava şəraiti və digər çətinliklərə baxmayaraq, oyunumuzdan razı qaldım. Ümumilikdə götürsək, matçda 3 xal qazanmağa layiq idik. Ancaq qazandığımız 1 xala da razıyıq" (sportnet.az).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi