"Araz"ın rəqibləri bəlli oldu

"Araz"ın rəqibləri bəlli oldu
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2016 / 16:00 2766
-  A +

Bu gün Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə ölkəmizi təmsil edən “Araz”ın da rəqibləri bəlli olub.

B qrupunda yer alan Azərbaycan çempionu Rusiyanın “Yuqra”, Almaniyanın “Hamburq” və Xorvatiyanın “Nasional" klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, elit raundun oyunları noyabrın 22-si və 27-də keçiriləcək.


A qrupu

“Kayrat” (Qazaxıstan)*
“Nikars” (Latviya)
“Real Rieti” (İtaliya)
“Feniks” (Kosovo)
 
B qrupu

“Yuqra” (Rusiya)
“Araz” (Azərbaycan)
“Hamburq” (Almaniya)
“Nasional” (Xorvatiya)*
 
C qrupu

“İnter” (İspaniya)
“Ekonomaç” (Serbiya)
“Xrudim” (Çexiya)
“Maribor” (Sloveniya)*
 
D qrupu

“Dinamo” (Rusiya)
“Sportinq” (Portuqaliya)*
“Dyer ETO” (Macarıstan)
“Tarqu Mureş” (Rumıniya)

Daha çox


Son xəbərlər