"Qarabağ" irəlilədi - UEFA-nın reytinqi

"Qarabağ" irəlilədi -  UEFA-nın reytinqi
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2016 / 13:35 10543
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Siyahıda Azərbaycanın 7 klubunun adı yer alıb. Ən yaxşı göstəriciyə sahib olan “Qarabağ”dır. Bakıda PAOK-u məğlub edən (2:0) Ağdam təmsilçisi 5 pillə irəliləyərək 15,980 xalla 110-ci yerə yüksəlib.

“Neftçi”  3 pillə geriləyib. Bakılılar 9,700 xalla 159-cu pillədədir.

Səfərdə “Sent Etyen”ə uduzan (0:1) “Qəbələ” 2 pillə geriləyib. Hesabında 7,700 xal olan əyalət təmsilçisi  181-ci yərə enib.
 
Bakı “İnter”i 5,950 xalla 220-ci yerdədir.

“Xəzər Lənkəran” 4.450 xalla 280-ci, “Kəpəz” 3,950 xalla 301-ci yerdədir.

Siyahıda “Bakı”nın da dı var. Paytaxt klubu 3,700 xalla 309-cudur.

453 klubun yer aldığı siyahıya 150,343 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 139,213 xalla 2-ci, “Barselona” 136,343 xalla 3-cü pillədədir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi