UEFA Naxçıvanı Türkiyəyə «verdi»

UEFA Naxçıvanı Türkiyəyə «verdi»
ÖLKƏ FUTBOLU 6 Fevral 2010 / 17:36 2306
-  A +

Avropanın ali futbol qurumu UEFA-nın saytında kobud səhvə yol verilib. Qol.Az-ın «Sabah» qəzetinə istinadən verdiyi məlumata görə, saytda Türkiyənin xəritəsi təhrif olunub və Azərbaycanın Naxçıvan Muxtar Respublikası qardaş ölkənin ərazisi kimi göstərilib. Türkiyənin xəritəsi ilə bağlı kobud yanlışlıq qardaş ölkənin jurnalistlərinin təəccübünə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, bazar ertəsi məsələ ilə bağlı UEFA ilə əlaqə saxlanılacaq və məsələ haqda quruma məlumat veriləcək: «Eyni zamanda Türkiyə tərəfi də bu reaksiya ilə çıxış etməlidir. Biz dost və müttəfiq ölkələrik. Qarşılıqlı cəhdlər nəticəsində bu yanlışlıq aradan qaldırılmalıdır».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi