Samir Abbasov: “Belə bir şey olsa, özümə nifrət edərəm”

Samir Abbasov: “Belə bir şey olsa, özümə nifrət edərəm”
ÖLKƏ FUTBOLU 6 Fevral 2010 / 16:30 2453
-  A +

Milli komandamızın və “İnter”in yarımmüdafiəçisi Samir Abbasov sabah Varşavada keçiriləcək “Avro-2012”in püşkatması haqqında fikirlərini bildirib. Qol.Az-ın müxbirilə söhbətində Abbasov deyib ki, ən yaxşısı püşkatmanın nəticəsini gözləməkdir: “Rəqiblərimizin kimliyindən asılı olmayaraq, çalışıb keçən illərlə müqayisədə bu il daha yaxşı oyun nümayiş etdirməliyik. Yaxşı və nəticə gətirən oyun oynamaq lazımdır. Rusiya millisi ilə yenidən qarşılaşmağın əleyhinə olmazdım. Hər halda İspaniya, İtaliya və Portuqaliya yığmalarından Rusiya millisi daha münasibdir. Rusiya ilə Bakıda alınan 1:1-lik heç-heçədən sonra bəziləri həmin oyunda ruslarla danışığa gedildiyini yazırdı. Həmin insanlar futboldan anlayışı olmayanlar və futbolumuza ləkə gətirmək istəyənlərdir. Belə bir şey olsa və bundan xəbər tutmasam, özümə nifrət edərəm. Ruslarla həm Moskvada, həm də Bakıdakı oyun mənə bir qədər asan gəldi. Təbii ki, bu sözləri ispanlarla oyuna aid etməzdim”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi