Reynaldo Premyer Liqanın tarixinə düşdü

Reynaldo Premyer Liqanın tarixinə düşdü
XƏBƏR 26 Sentyabr 2016 / 14:46 5934
-  A +

Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva Azərbaycan Premyer Liqasının tarixinə düşüb.

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu 1992-ci ildən keçirilən bütün milli çempionatımızda ən çox qol vuran braziliyalı oyunçudur.
 
Reynaldo Premyer Liqanın hazıkrı turunda "Kəpəz"lə səfər matçının 75-ci dəqiqəsində vurduğu qolla həm də komandasını məğlubiyyətdən xilas edib (1:1). O, Leandro Qomeşi arxada qoyub. Millimizin sabiq hücumçusu 41 qolla uzun illərdir lider idi.    Silvanın Qomeşdən üstünlüyü ondadır ki, o, bütün qollarını 1 klubda - 2013-cü ilin qışından şərəfini qoruduğu "Qarabağ"da vurub. Leandro isə 3 klubda - "Bakı", "Olimpik" və Yevlaxın "Karvan" klubunun heyətində fərqlənib.  

Reynaldo cari çempionadək hesabında olan 38 qolla milli çempionatımızın ən məhsuldar braziliyalıları arasında 3-cü idi. O, əvvəlcə 40 qolla 2-ci olan həmkarı Junivan Suaresi keçmişdi.    Silva debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, 2013/14-də 31 oyunda 22, 2014/15-də 24 oyunda 10, 2015/16-da 14 oyunda 2 qol vurub. Hücumçu cari çempionatda 4-cü dəfə fərlqənməklə bombardirlər yarışında 2-ci pilləyə yüksəlib və "Qəbələ"nin fransalı bombardiri Baqali Dabonun (6 qol) ən yaxın izləyicisinə çevrilib.   

Qeyd edək ki, Reynaldo hələ 2014/15 mövsümündə vurduğu 30 qolla "Qarabağ"ın tarixində ən sərrast legioner adını 29 dəfə fərqlənən gürcü hücumçu Georgi Adamiyanın əlindən alıb. Silva "Qarabağ"ın milli çempionat tarixində bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib. O, 44 qolla 2-ci pillədə olan Samir Musayevdən cəmi 1 qol geri qalır. Aşkar lider isə Silvanın "Qarabağ"da məşqçisi olan Müşfiq Hüseynovdur - 109 qol. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi