Qabriel Batistuta “Qarabağ”ın oyununda - vətəndaşlıq verilir

Qabriel Batistuta “Qarabağ”ın oyununda - vətəndaşlıq verilir
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2016 / 12:16 9078
-  A +

“Fiorentina” klubunun əfsanəvi futbolçusu olmuş Qabriel Batistutaya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Batiqol” ləqəbli argentinalı hücumçuya bu adın təqdimetmə mərasimi sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsinin “Fiorentina” – “Qarabağ” oyunundan əvvəl keçiriləcək. Bu məqsədlə sentyabrın 28-də Batistuta Florensiyaya gedəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olmuş Qabriel Batistuta 1991-2000-ci illərdə “Fiorentina”nın şərəfini qoruyub. O, bu komandada keçirdiyi 269 oyunda 168 qol vurub və klubun canlı əfsanəsi sayılır. “Batiqol”un şərəfinə Florensiyada heykəl ucaldılıb.

O, 2005-ci ildə futbolçu karyerasını başa vurub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi