Kamran Nurəhmədov futbol aləmi üçün tanış sima deyil.
Amma onu bundan sonra təkcə Azərbaycan yox, bəlkə də bütün dünya futbolu yaxşı tanıyacaq.
O səbəbdən ki, Kamran müəllim, bəli, məhz müəllim (çünki özü həm də Rusiya çempionatının üçüncü dəstəsində yarışan “Leki” komandasının baş məşqçisidi), nə az, nə çox, düz 49 yaşında... Azərbaycan çempionatının birinci dəstəsində oyuna çıxıb!
Yanılmırsınız, 49 yaşında!
Dağıstanda məşqçilik et, Azərbaycanda da futbol oyna...
Komediyadı, yoxsa tragikomediya? Adını siz qoyun.
Sözüm Kamran müəllimin yaşında deyil. Yaxşı və dəqiq bir açıqlama verib. Deyib ki, “Azərbaycanda futbol olsaydı, 49 yaşında meydana çıxmazdım”.
Futbolumuzun patronları, oxuyun onun açıqlamasını, diqqətlə oxuyun...
Görün, nə günə qoymusuz futbolu!
Və hansı vəziyyətə gətirib çıxarmısız ki...
... Birinci divizionunda biri 49 yaşında da oyuna çıxır...
... Başqası 23 yaşında meydana girir, sonra məlum olur, yaşı 23 yox, 28 imiş! (PFL-ə eşq olsun)
Premyer Liqası adlanan səviyyəsiz çempionatda isə başqa biri hələ də özünü “xalq komandası” adlandırana 8 qol vurur... (Bəhrama da eşq olsun!)
Və bu çempionatdan çıxan futbolçunun təmsil olunduğu milli komandalar San Marino, Farer adaları kimi küçə komandalarının qarşısında da aciz qalır (AFFA-ya da eşq olsun).
Ona görə də, Kamran müəllim düz deyir, Azərbaycanda futbol olsaydı...
Olsaydı...
Amma olmur.
Çünki sağlam doğulur, futbol xəstəsi (şikəsti) kimi də böyüyür...
“Futbolun həkimlər”i isə onu müalicə edəndə o futbolçuların oynadığı çempionat olur kukla bir çempionat...
Hoşçakalın!
TƏBRİZLİ
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun