"Qrupdan çıxmağa layiqik" - Miçel Madera

"Qrupdan çıxmağa layiqik" - Miçel Madera
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2016 / 13:22 5856
-  A +

"Qarabağ"ın futbolçusu Miçel Madera Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Özünüzü matçın qəhrəmanı, yoxsa antiqəhrəmanı sayırsınız?

- Komanda şəklində yaxşı oynadıq. Bütün komanda qəhrəmanlıq elədi. Demək olmaz ki, tək mən görüşün qəhrəmanı sayılıram.
 
- Qələbə üçün nə çatmadı?

- Birinci hissədə səhvim oldu, nəticədə qol buraxdıq. Qapımızda erkən qol görsək də, toparlana bildik. Özümüzə gəlib, son dəqiqədə bərabərlik qolunu vurduq. Əsas odur ki, məğlub olmadıq. Meydanı 1 xalla tərk etməyimizə üzülmədim.
 
- "Slovan"ın çıxışını necə qiymətləndirirsiz?

- Rəqib matçın sonlarında yalnız əks-hücum taktikasına üstünlük verirdi. Bu da onların xeyrinə idi. Biz qələbə qazanmaq üçün böyük qüvvə ilə hücuma atılmışdıq ki, qol vuraq. Bu da əks təsir göstərdi.
 
- İlk qoldakı səhvə görə, baş məşqçi sizə hansısa irad bildirdi?

- Baş məşqçimiz həmişə bizə dəstək verir. Səhv etsək də, etməsək də, hər zaman yanımızda olur. Bu səbəbdən də komanda ruhdan düşmədi, sona qədər mübarizə apardı.
 
- "Qarabağ"ın qrupdan çıxması real görünürümü?

- Əlbəttə ki, realdır. Çünki məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Öz oyunumuzu göstərsək, hər şey yaxşı alınsa və oyun zamanı günümüzdə olsaq, qrupdan çıxmağa layiqik.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər