“Bülənt Qorxmaz peşəkar deyil”

“Bülənt Qorxmaz peşəkar deyil”
ÖLKƏ FUTBOLU 3 Fevral 2010 / 13:21 2356
-  A +

“Qalatasaray”ın keçmiş prezidenti Faruk Sürən Türkiyə mətbuatına verdiyi müsahibədə “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Sürən “Qalatasaray”ın sabiq kapitanının peşəkar olmadığını deyib: “Qalatasaray”a uzun illər xidmət göstərən futbolçular daha yaxşı şəkildə yola salınmalı idilər. UEFA kubokunun finalında qırıq qolla formasını tərlədən Bülənt Qorxmaz peşəkar deyil. O həqiqi bir “Qalatasaray”lı. Amma həvəskar zehniylə oynayırdı”.
Keçmiş klub başqanı 2000-ci ili belə xatırlayır: “UEFA kubokunu qazandığımı ildəki “Qalatasaray”ın heyəti yüksək səviyyəli idi. Ancaq kuboku qazandıqdan sonra Fatih Terim komandanı atıb, “Fiorentina”ya getdi. Əmrə və Okan kluba pul qazandırmaq əvəzinə bir həvəs üçün bizi tərk etdilər. Daha sonra da mənim haqqımda pis danışmağa başladılar. 2000-ci ildən sonra iləri getmək əvəzinə geriye getdik. Biz uğuru deyil, uğursuzluğu bölüşməyi sevən bir cəmiyyətik”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi