Haciyevskinin komandasında “lipa” tapıldı

Haciyevskinin komandasında “lipa” tapıldı
DÜNYA FUTBOLU 2 Fevral 2010 / 14:18 2400
-  A +

“Bakı”nın və milli komandamızın sabiq baş məşqçisi Coko Haciyevski Kiprdə problemlə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, makedoniyalı mütəxəssisin çalışdırdığı “Atromitos” klubunun şərəfini qoruyan futbolçulardan birinin pasportunun saxta olduğu aşkarlanıb. Bu səbəbdən də komandanın hesabından 3 xal silinib. Lakin bu hadisə Haciyevski komandaya rəhbərlik edənədək, əvvəlki baş məşqçinin dövründə baş verib. “Atromitos” klubunun rəsmiləri federasiya müraciət edərək, qərara yenidən baxılmasının tələb ediblər. Bu səbəbdən də Kipr Futbol Federasiya məsələyə yenidən baxacaq.
Qeyd edək ki, federasiya qərarını dəyişməyəcəyi halda, Haciyevskinin komandası ciddi problemlə qarşılaşacaq. Hazırda hesabında 30 xal olan “Atromitos” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komandanın hesabında üç xal silinəcəyi halda isə, “Atromitos”un xalı 27 olacaq və komanda altıncı pilləyə yuvarlanacaq. Çempionatın reqlamentinə əsasən isə 26 turluq mübarizə başa çatandan sonra ilk dörd pillədə qərarlaşan komandalar final mərhələsinə vəsiqə qazanırlar. Bu səbəbdən də federasiyanın qəbul edəcəyi qərarın “Atromitos” üçün həlledici ola biləcəyini söyləmək olar.  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi