"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klubları ilə birlikdə J qrupunda mübarizə aparacaq.
Qol.az klubun saytına istinadən "Qarabağ"ın rəqibləri haqda ətraflı məlumatları təqdim edir.
“Fiorentina” (İtaliya)
“Fiorentina” klubu 1926-cı ildə yaradılıb və İtaliyanın Florensiya şəhərini təmsil edir. Komanda indiyə qədər ikiqat İtaliya çempionu, 6 dəfə İtaliya kuboku və bir dəfə də İtaliya Superkubokunun qalibi olub. “Fiorentina” iki dəfə UEFA kubokunun finalında iştirak edib. Ötən mövsümü isə İtaliya Seria A-da beşinci pillədə başa vurub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. “Fiorentina”nın ləqəbi isə “bənövşəyilər”dir. Komanda ev oyunlarını 47 min 282 nəfərlik tutuma malik olan “Artemio Franki” stadionunda keçirir. Komandanın hazırda baş məşqçisi portuqaliyalı Paulu Souzadır və “Fiorentina” hazırda UEFA klubların reytinq sıralamasında 34-cü pillədə qərarlaşıb. Rəqibin hazırkı heyətində Argentina, Polşa, Sloveniya, Çili, Xorvatiya, İspaniya kimi ölkələri təmsil edən futbolçular çıxış edir.
PAOK (Yunanıstan)
PAOK-un əsası 1877-ci ildə, İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. "Ağ-qaralar" türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK - Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarındandı. "Ağ-qaralar" 2 dəfə Yunanıstan çempionu olmaqla yanaşı, 4 dəfə də ölkə kubokuna sahib çıxıblar. Rəqib ötən mövsüm Yunanıstan Superliqasını 4-cü pillədə başa vurub. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir.Rəqibin heyətində yunanıstanlı futbolçular çoxluq təşkil etsə də, Braziliya, İspaniya, Argentina kimi ölkələrdən də legioner futbolçuları var.Komanda ev oyunlarını 28700 yerlik "Tumba" stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur. PAOK UEFA klubların reytinq sıralamasında 67-ci pillədə qərarlaşıb. PAOK bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb və bu mərhələdə Gürcüstanın "Dinamo" klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırıb.
“Slovan” (Liberets, Çexiya)
“Slovan” klubu 1958-ci ildə yaradılıb və Liberets şəhərini təmsil edir. Komanda ev oyunlarını 9 min 900 yüz nəfərlik tutuma malik olan “U Nisı” stadionunda keçirir. “Slovan” 3 qat Çexiya çempionudur və iki dəfə də ölkə kubokunun qalibi olub. Ötən mövsüm isə çempionatın bürünc mükafatçısı olub. Komandaya çexiyalı İndrix Trpisovski rəhbərlik edir. Komandanın heyəti əsasən yerli futbolçulardan ibarətdir, cəmi 5 legioner futbolçusu var (ikisi Slovakiya, ikisi Rusiya və biri isə Nigeriyanı təmsil edir). Liberets təmsilçisi hazırda UEFA klubların reytinq sıralamasında 81-ci pillədə qərarlaşıb. Bu mövsüm Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb. Bu mərhələdə Avstriyanın "Admira" , pley-off-da isə Kiprin "AEK Larnaka" komandasını mübarizədən kənarlaşdırıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video