Qriqorçuk: “Qəbələ”yə sevgim o qədərdir ki...”

Qriqorçuk: “Qəbələ”yə sevgim o qədərdir ki...”
ÖLKƏ FUTBOLU 26 Avqust 2016 / 00:45 8264
-  A +

“Son 20 dəqiqədə sakitliyimi qorumaq istədim. Emosiyaya qapılmadım”.

Qol.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Maribor”la görüşdən sonra deyib.

“Qəbələ”ni ardıcıl 2-ci il Avroliqanın qrup mərhəəsinə daşıyan ukraynalı mütəxəssis matçdan sonra “CBC-Sport”a verdiyi açıqlamada komandasının səhvlər etdiyini bildirib: “Psixoloji hazırlıq baxımında böyük iş gördük. Amma oyun baxımından çatışmazlıq vardı. Oyunçular səhvlər edirdilər. Fasilə dedim ki, bunları aradan qaldırmaq lazımdır”.

Qriqorçuk ötənilki ilə indiki komandasını müqayisə etmək istəməyib: “İki ildir eyni ssenari üzrə işləyirik. Bu mövsüm komandanı yenilədik. Mənim “Qəbələ”yə sevgim o qədərdir ki, ötənilki ilə indiki komandanı müqayisə edə bilmirəm. Çalışacağıq daha da inkişaf edib, yaxşı nəticələr qazanaq. Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik”.

“Qəbələ”nin çalışdırıcısı sonda heyəti gücləndirməli olduqlarını vurğulayıb: “Desəm ki, transfer olmayacaq, gülməli çıxar. Hazırda komanda 2 futbolcu lazımdır ki, bunun da biri hücumçu olmalıdır. Yeni oyunçuları rəqabəti gücləndirməlidirlər. Amma kor-koranə transfer də etməyəcəyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi