"Göteborq"un baş məşqçisi: "Mançester Yunayted"lə düşsəz..."

"Göteborq"un baş məşqçisi: "Mançester Yunayted"lə düşsəz..."
ÖLKƏ FUTBOLU 25 Avqust 2016 / 22:58 15246
-  A +

"Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün daha yaxşı ididlər. Qələbəyə layiq idilər. “Qarabağ”ın çox keyfiyyətli futbolçuları var. Oyun yaxşı başlamışdıq. Lakin künc zərbəsindən qapımızda qol gördük. Bundan sonra oyunumuz alınmadı"

Qol.az-ın məlumatına görə, bu sözləri "Göteborq"un baş məşqçisi Yorgen Lennartsson Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
-Ot örtüyü oyununuza təsir etdi?

- Bu barədə heç nə deyə bilmərəm. Hər iki komanda üçün şərtlər eyni idi.
 
- Dünən yaxşı əhval-ruhiyyədə idiz? İndi necəsiz?

- Məğlub olduğumuza görə üzgünəm. Amma yaxşı komandaya məğlub olduq.
 
- Oyundan əvvəl belə nəticə gözləyirdiz?

- Ümid edirdik ki, növbəti mərhələyə biz keçəcəyik. Amma erkən vurulan 2 qol oyunumuza təsir etdi. "Mançester Yunayted"lə düşsəz, onları udarsız.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi