“Qəbələ”ni alınmaz qala ilə qorxudurlar

“Qəbələ”ni alınmaz qala ilə qorxudurlar
ÖLKƏ FUTBOLU 24 Avqust 2016 / 11:57 6139
-  A +

“Qəbələ” ilə cavab oyununa hazırlaşmaq üçün vaxtımız az oldu. Təəssüf ki, son vaxtlar uğursuzluqlarla üzləşirik. Ancaq inanıram ki, buna son qoyacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın “Maribor” klubunun futbolçusu Aleş Mertelj Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, “Qəbələ” ilə oyunda uğursuz seriyaya son qoya bilərlər:

“Bilirik ki, son oyunlarda nələrisə düz etməmişik. Artıq səhvlərimizdən dərs almışıq. Biz öz gücümüzə inanırıq. Bu cür vəziyyətdən çıxa biləcəyimizi dəfələrlə göstərmişik”.

Sloveniya millisinin sabiq üzvü azarkeşlərin dəstəyi sayəsində mərhələni keçəcəklərinə inandığını bildirib: “Hər növbəti oyun bir tarixdir. Nikbin olmalıyıq. Güclü azarkeş dəstəyi nəticəsində qələbə qazana və mərhələni keçə bilərik. Sabah azarkeşlər stadionu alınmaz qalaya çevirəcəklər. Hamımız qələbəyə köklənməliyik”.

Qeyd edk ki, sabah keçiriləcək “Maribor” – “Qəbələ” oyunu Bakı vaxtı ilə 22:15-də başlayacaq. Komandalar arasında Bakıda keçirlən oyun “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Daha çox


Son xəbərlər