Joze Alesio da Silva: "Məğlub olsaq da, böyük təcrübə əldə etdik"

Joze Alesio da Silva: "Məğlub olsaq da, böyük təcrübə əldə etdik"
XƏBƏR 29 Yanvar 2010 / 01:13 2067
-  A +

Futzal üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində dünən keçirilmiş Azərbaycan – Portuqaliya oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio da Silva fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi futzalçılarımızı təbrik edib: "İkinci hissədə rəqibi çətin vəziyyətə salmışdıq. Penalti seriyası lotereyadır – ötən oyun biz bu lotereyanı udduq, bu dəfə isə alınmadı. Yarımfinalda uduzsaq da, böyük təcrübə əldə etdik və gələcəkdə bunun bəhrəsini görəcəyik. Üçüncü yer uğrunda mübarizə aparacağıq və ümid edirəm ki, nəticə yaxşı olacaq. Komandanı psixoloji cəhətdən buna hazırlamaq lazımdır».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi