"Olimpik-Şüvəlan" - "Tavriya" matçından qol səsi gəlmədi

XƏBƏR 23 Yanvar 2010 / 20:55 2097
-  A +

Antalyadakı toplanış çərçivəsində bu gün 3-cü yoxlama oyununu keçirən "Olimpik-Şüvəlan" meydançadan qolsuz hec-heçə ilə ayrılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukraynanın "Tavriya" klubu ilə qarşılaşan komandamız rəqib qapısına yol tapa bilməyib. Bu matçda baş məşqçi Nazim Süleymanov bir yeni futbolçunu da sınayıb. Sonuncu klubu Moldova "Akademiya"sı olan Evgeni Qunçaq da bu oyunda forma geymək şansı qazanıb. Amma məşqçilər korpusu Qunçakı bəyənməyərək, onun geri göndərilməsi barədə qərar veriblər. "Olimpik-Şüvəlan" sonuncu yoxlama matçını yanvarın 26-da keçirəcək və ertəsi gün Bakıya dönəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi