“Çox ağırdır” – Messi

“Çox ağırdır” – Messi
DÜNYA FUTBOLU 27 İyun 2016 / 14:58 10457
-  A +

Argetina millisinin kapitanı Lionel Messinin Amerika kubokunun  finalında Çiliyə məğlub olduqları oyundan sonra milli karyerasını başa vurduğu haqda xəbər vermişdik.

Qol.az-ın məlumatına görə, 29 yaşlı hücumçu  oyundan sonra verdiyi açıqlamasında millidə bu cür davam etməyin ağır olduğunu bildirib:

“Mənim üçün milli komanda karyerası başa çatdı. Əlimdən gələn hər şeyi etdim. Mən qalib gələ bilmədiyimiz dörd  finalda iştirak etmişəm. Bu, çox ağırdır. Cəhd elədim, alınmadı. Qalib gəlməyi hamıdan çox istəyirdim”.

Xatırladaq ki, Argentina final oyununda Çiliyə penaltilər seriyasında uduzub. Zərbələrdən birini Messi qola çevirə bilməyib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi