Vaqif Sadıqov: “İlqar Qurbanovla rəsmi şəkildə danışıq aparmırıq”

ÖLKƏ FUTBOLU 11 Yanvar 2010 / 13:12 2803
-  A +

“Cavidin komandamıza qoşulmağını təbii ki, yaxşı qarşıladıq. Çünki o bacarıqlı futbolçudur və komandaya xeyir verəcəyinə inanıram”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov komandasının yeni transferi Cavid Hüseynovun keçidinə münasibət bildirərkən deyib.
"Olimpik-Şüvəlan"ın yarımmüdafiəçisi İlqar Qurbanovla rəsmi şəkildə danışıq aparmadıqlarını deyən Sadıqov baxışda olan legionerlərin taleyinə yoxlama oyunlarından sonra aydınlıq gələcəyini söylədi: “Gündə iki dəfə ağır məşqlər keçirik. Komandada baxışda olan əcnəbilər də hazırlıqlarda iştirak edilər. Onlar özlərini göstərmək üçün bütün gücləri ilə çalışırlar. İndidən qəti söz demək çətindir. Onların komandada qalıb-qalmayacaqlarına sabah və ayın 15-də keçirəcəyimiz yoxlama oyunlarından sonra aydınlıq gələcək”.
“Komandaya başqa legionerlərin dəvət olunması nəzərdə tutulubmu” sualını isə təcrübəli mütəxəssis belə cavablandırdı: “İndi bu suala cavab vermək bir qədər çətindir. Əgər hazırda komandada baxışda olan futbolçuları bəyənsək, digər oyunçulara ehtiyac duymayacağıq. Yox, əgər hazırda komandada olanlar etimadı doğrultmasalar, o zaman yeniləri sınaqdan keçirəcəyik”.
V.Sadıqov sonda əvəzedici heyətin bir neçə üzvünün də sabahdan etibarən komandayla birgə məşqlərə qatılacağını dedi.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi