Georgi Nikolov: “Mahir Şükürovun “Anji”yə transferi 99 faiz gerçəkləşib”

Georgi Nikolov: “Mahir Şükürovun “Anji”yə transferi 99 faiz gerçəkləşib”
ÖLKƏ FUTBOLU 7 Yanvar 2010 / 18:50 2612
-  A +

“Mahir Şükürovun “Anji”yə transferi 99 faiz gerçəkləşib. Yalnız bəzi detallar qalıb ki, bu da bir neçə günə həll olunmalıdır”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter”in prezidenti Georgi Nikolov millimizin və “bankirlər”in üzvü Mahir Şükürovun Rusiyanın “Anji” klubuna transferilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Bolqarıstanlı klub rəsmisi Şükürovun Rusiya klubunda əvvəlcə tibbi sınaqdan keçəcəyini bildirib: “Mahir bir neçə günə “Anji”nin düşərgəsinə yollanacaq. Orada əvvəlcə tibbi müayinədən keçəcək. Klubun həkimləri rəhbərliyə futbolçunun sağlamlığı ilə bağlı müsbət rəy verdikdən sonra, artıq transferin gerçəkləşməsində heç bir problem qalmayacaq. Mən isə Mahirin tam sağlam olduğuna və bu sınaqdan da üzüağ çıxacağına əminəm”.
G.Nİkolov bildirib ki, “İnter” Rusiya klubundan bu keçidə görə kompensasiya tələb edib: “Mahirin bizimlə mövsümün sonunadək müqaviləsi var. Bu səbəbdən bizim keçidə görə kompensasiya tələb etməyimiz normaldır. Amma məndən konkret rəqəm soruşmayın, onsuz da deməyəcəyəm. Yalnız onu söyləyə bilərəm ki, biz “Anji” rəsmiləriylə danışıb, razılığa gəlmişik”.
“İnter”in prezidenti eyni zamanda Şükürovun gedişini kompensasiya edəcəklərini və onun yerinə baş məşqçinin istəyinə əsasən başqa bir oyunçu transfer edəcəklərini bildirib. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi