"Neftçi" "Antalyaspor"la qarşılaşacaq

"Neftçi" "Antalyaspor"la qarşılaşacaq
XƏBƏR 29 Dekabr 2009 / 12:37 2101
-  A +

“Neftçi” klubunun qış fasiləsi dönəmindəki hazırlığı iki hissədən ibarət olacaq. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komanda yanvarın 8-də klubun bazasında bir araya gələrək hazırlığın ilk mərhələsinə start verəcək. İkinci mərhələ isə Türkiyənin Antalya şəhərində baş tutacaq. “Neftçi” PFK yanvarın 17-dən 28-dək Antalyada yerləşən “Mardan” İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək. Komandamızın burada keçirəcəyi 4 yoxlama oyunundan birinin rəqibi müəyyənləşib. “Neftçi” gələn ayın 22-də Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”la qarşılaşacaq. Komandamızın yanvarın 19, 25 və 27-dəki rəqibləri isə hələ dəqiqləşməyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi