"Karvan" ilk transferini reallaşdırdı

"Karvan" ilk transferini reallaşdırdı
XƏBƏR 28 Dekabr 2009 / 16:38 2287
-  A +

Unibank Premyer Liqasında turnir cədvəlinin son pilləsində qərarlaşmış Yevlaxın "Karvan" klubu daha iki futbolçu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, hücumçu Yakuba Bamba və müdafiəçi Edvinas Lukaçeviçiusun müqavilələrinə qarşılıqlı surətdə xitam verilib.
Bununla belə, "Karvan" klubu Özbəkistanın "Olmalıq" klubunda çıxış edən türkmənistanlı futbolçu Murod Hamroyevlə müqavilə imzalayıb. Qış fasiləsinə yollanan Yevlax təmsilçisinin yanvarın 5-də Bakıdakı bazasında toplaşacağı bildirilir.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi