Elxan Məmmədov Ramin Musayev haqda nə danışıb?

Elxan Məmmədov Ramin Musayev haqda nə danışıb?
XƏBƏR 28 Dekabr 2009 / 15:57 2189
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov PFL prezidenti Ramin Musayev haqqında fikirlərini bildirib. “Bizim aramızda gərginlik olduğu barədə deyilənlər həqiqətə uyğun deyil. Kimlərsə bu yalanı özündən uydurur, hətta şişirdir. Bilmirəm, belə işlərlə kim məşğul olur? Onlar əmin olunsunlar ki, aramızda heç bir problem yoxdur və hər şey əladır. Özünüz də tədbirlərdə bizim bir-birimizə qarşı necə yanaşdığımızın şahidi olmusunuz”. Bir binada fəaliyyət göstərdiklərini önə çəkən baş katib, “Burada olanlar bir ailə kimi işləməlidir” deyə, söyləyib. “Ramin Musayev mətbuata açıqlamasında hər ay ona qonaqlıq verdiyinizi bildirib. Bu, nə dərəcədə doğrudur” sualına Elxan Məmmədovun cavabı belə olub: “O, belə fikri söyləməklə aramızda heç bir problem olmadığına və münasibətlərimizin yaxşı olmasına işarə vurub. Onunla birgə oturub çay içərək söhbətləşirik və bu da normal qəbul olunmalıdır”.

Mənbə: supersport.az

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi